Birləşmiş Ərəb Əmirlikləri prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş ABŞ prezidenti Donald Trampın İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xamneyiyə məktubunu İranın xarici işlər naziri Abbas Əraqçiyə çatdırıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Tehranda keçirilən görüşdə tərəflər ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Ənvər Qarqaş ABŞ prezidentinin məktubunu çatdırıb", - İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Əraqçi Yaxın Şərq ölkələrinin maraqlarını təmin etmək üçün region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib, Qarqaş isə BƏƏ-nin İranla əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib.
Ağarza Elçinoğlu