Goranboyda it dişləyən qadına quduzluq əleyhinə peyvənd vurulub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 13.03.2025-ci il tarixdə saat 09:00 radələrində 1962-ci il təvəllüdlü (qadın cinsli) şəxs it dişləmə səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Başın və sol qolun dişlək yarası diaqnozu təyin edilən şəxsə quduzluq əleyhinə zərdab vurulub və ilkin yardım göstərilib. Daha ixtisaslı tibbi xidmət almaq üçün Abbas Səhhət adına xəstəxanaya təxliyə edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
**** 10:05
Goranboyda qadını it dişləyib.
"Unikal"ın məlumatına görə, rayonun Baxçakürd kənd sakini 1962-ci il təvəllüdlü A.Kərimova it dişləmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Tural Əhmədov