Airbadminton üzrə Avropa çempionatında komanda yarışına yekun vurulub.
"Unikal" xəbər verir ki, Avropa Oyunları Parkında keçirilən final qarşılaşmasında Azərbaycan və Almaniya milliləri qarşılaşıblar.
Rəqibinə 49:60 hesabı ilə məğlub olan yığmamız Avropa çempionatında ikinci olub.
***20:19
Avropa Oyunları Parkında airbadminton üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.
"Unikal" xəbər verir ki, yarımfinalda Bolqarıstan seçməsinə 60:43 hesabı ilə qalib gələn yığmamız finala yüksəlib.
Komanda həlledici qarşılaşmada Almaniya kollektivi ilə qarşılaşacaq. Final görüşü bu gün saat 20:30-da başlayacaq.