ABŞ martın 11-də Parisdə keçiriləcək hərbi rəsmilərin sammitinə dəvət edilməyib.

"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" xəbər yayıb. 

Həmçinin, Xorvatiya və Monteneqro da dəvət olunmayanlar arasındadr. Qalan 32 ölkə NATO-nun üzvü kimi sammitdə iştirak edəcək. 

Görüşdə Kiyev üçün beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılması müzakirə olunacaq. Məlumata görə, Vaşinqton dəyirmi masaya dəvət olunmayıb, çünki Avropa Ukraynada sülhün qorunması üçün məsuliyyəti öz üzərinə götürmək qabiliyyətini nümayiş etdirmək istəyir.

Danışıqların birinci hissəsində Fransa və Britaniyanın Ukraynaya dair planı təqdim olunacaq, bundan sonra iştirakçılar təşəbbüsdə iştirakları ilə bağlı fikirlərini bildirəcəklər.