11 oktyabr 2024-cü il tarixdə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla birlikdə Quzanlı qəsəbə Mədəniyyət evində vətəndaşları qəbul edib.
"Unikal" xəbər verir ki, qəbulda iştirak edən vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı qeyd olunub.