"Moskva Gürcüstanda təxribatların qarşısının alınmasını vacib sayır. Əks təqdirdə bu, eskalasiyaya səbəb ola bilər".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə BMT-nin Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Beynəlxalq Cenevrə Müzakirələrinin həmsədri Cihan Sultanoğlu, ATƏT üzvləri və Avropa İttifaqının nümayəndə heyətləri arasında keçirilən görüşün yekunlarına dair məlumatda deyilir.
Bildirilir ki, görüşdə tərəflər 2024-cü il noyabrın əvvəlinə planlaşdırılan Cenevrə müzakirələrinin növbəti raundu kontekstində cari məsələləri müzakirə ediblər.