Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin birinci müddətə prezident seçilməsindən 21 il ötür.
"Unikal" xatırladır ki, İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında Azərbaycan dövlətini strateji hədəflərə doğru uğurla aparıb.
İlham Əliyev Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün güclü iqtisadi potensialın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, qüdrətli Silahlı Qüvvələrin yaradılması, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini əsas hədəf müəyyən etmişdi.
Yekunda Azərbaycan regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrildi.
Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycan firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir.