Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə təklif edib ki, XİN başçıları iki günlük görüş keçirsinlər.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Sarqis Xandanyan deyib.
"Bildiyimə görə, oktyabrın 7-8-də Moskvada keçirilən qeyri-rəsmi təmaslar zamanı baş nazir Paşinyan Prezident İlham Əliyevə ikitərəfli görüş təklif edib. Daha dəqiq desək, təklif edilib ki, XİN başçıları iki günlük görüş keçirsinlər, Sülh Müqavilənin razılaşdırılmamış bir və ya iki maddəsini razılaşdırsınlar, sonra isə Bakıda COP-29 keçirilənədək liderlər sazişi imzalasınlar.
Düzünü desəm, Azərbaycanın reaksiyasından xəbərsizəm, amma ümid edirəm ki, bu məntiq həyata keçəcək", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu