Siyəzəndə qəzaya düşən şəxslərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, 16.10.2024-cü il tarixdə, saat 08:20-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına 5 nəfər, onlardan 2 nəfər (qadın cinsli), 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Onlardan bir nəfər 1989-cu il təvəllüdlü şəxs(qadın cinsli) “QKBT, çənə sümüyünün sınığı” diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunub.
1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) QKBT, döş qəfəsinin küt travması, başın təpə nahiyyəsinin kəsilmiş yarası” diaqnozu ilə cərrahi əməliyyata alınıb, stasionar müalicəsi davam edir.
2000-ci il təvəllüdlü şəxs(kişi cinsli) “Sağ əlin V daraq sümüyünün sınığı” diaqnozu təyin edilib və ambulator müalicə üçün evə buraxılıb.
1966-cı il təvəllüdlü şəxsə(kişi cinsi) Sol əlin IV daraq sümüynün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, sol bazu oynağının əzilməsi” diaqnozu təyin edilib, müvafiq tibbi yardımlar göstərilir.
1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) “Sol üz nahiyyəsinin sıyrılmış yarası” diaqnozu təyin edilib və ambulator müalicə üçün evə buraxılıb.
Araşdırmalar davam etdirilir.
***
11:38
Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, Siyəzən rayonu ərazisinə “Mercedes” markalı minik avtomobili qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı xəsarət alıblar.
Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xanlar Qaraca