Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldə danışıqlar zamanı Slovakiyanın baş naziri Robert Fitsoya Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasına dəstək vermək üçün Rusiya aktivlərindən 500 milyon avro təklif edib.

"Unikal" xəbər verir ki, bunu Fitso sosial şəbəkə hesabında yazıb.

“Zelenski məndən soruşdu ki, əgər o, mənə Rusiya aktivlərindən 500 milyon avro versə, Ukraynanın NATO üzvlüyünə səs verəcəmmi”, - deyə Fitso yazıb.

Slovakiyanın baş naziri əlavə edib ki, o, Zelenskinin təklifindən imtina edib və Ukraynanın NATO-ya dəvətini qeyri-real adlandırıb.