Goranboyda yol kənarında yaralı qadın aşkar olunub.

"Unikal"ın məlumatına görə, hadisə Goran qəsəbəsində körpünün yaxınlığında baş verib.

Müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan 1997-ci il təvəllüdlü qadının körpüdən yıxıldığı ehtimal edilir.

Qeyd edək ki, qadın içkili vəziyyətdə olduğunu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov