İki Koreya arasında "Zibil balonları" ilə başlayan gərginlik artmaqda davam edir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya ordusu iki Koreya arasındakı sərhəd yollarını dağıtdıqdan sonra 1,4 milyon Şimali Koreyalı gəncin orduya qatıldığını açıqlanıb.
Şimali Koreya televiziyası hökumət binasının içərisində orduya qoşulmaq üçün sənədləri imzalayan minlərlə gəncin fotosunu yayımlayıb.
"Müharibə başlasa, Koreya Respublikası xəritədən silinəcək", - televiziya müxbiri deyib. Qeys edək ki, Koreya Respublikası Cənubi Koreyanın rəsmi adıdır.
Keçən il Şimali Koreyanın dövlət mediası təxminən 800 min vətəndaşının hərbi xidmətə getdiyini açıqlamışdı.