Ermənilərin Qarabağa qayıtması üçün imkan olub və mövcuddur.
"Unikal" xəbər verir ki, bunu brifinqdə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat rəsmi İrəvanın bununla bağlı hərəkətlərini və nələrin edildiyini şərh etmək istəməyib.
"Bu sual Ermənistan hakimiyyətinə verilməlidir. Biz dəfələrlə Bakının əhalinin geri qayıtmasına yönəlmiş konstruktiv addımlarını vurğulamışıq. Qayıtmaq imkanı var idi və indi də var. Sadəcə bu fürsətdən istifadə etmək lazımdır... Bəs rəsmi İrəvan insanların geri qayıtması üçün nəsə edibmi? Əgər insanlar öz evlərini və doğma yerlərini qorumaqda maraqlıdırlarsa, bu fürsətdən istifadə etməlidirlər", - deyə Zaxarova qeyd edib.