Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.
"Unikal" xəbər verir ki, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir.
“Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub”, - o qeyd edib.