Xudat şəhərində intihar hadisəsi baş verib.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, şəhər sakini, 1970-ci il təvəllüdlü Xacıxanov Çingiz Davud oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Xanlar Qaraca