"Ukraynadakı rejim “çirkli” nüvə bombası yaratmağa çalışır və bunun üçün hər cür imkana malikdir".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Ukraynada belə bir inkişaf üçün lazım olan hər şey var. Söhbət xammaldan, texnologiyadan və kadrlardan gedir. Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini qeyd etdiyi kimi, istənilən sovet laboratoriyası "çirkli bomba" yaratmaq üçün uyğundur.
Bir gün əvvəl “Bild” adı açıqlanmayan ukraynalı rəsmiyə istinadən yazıb ki, Kiyev bir neçə həftə ərzində Rusiya Federasiyasına qarşı istifadə üçün nüvə silahı yarada bilər. Onun sözlərinə görə, belə bir ssenari münaqişənin mümkün həllindən sonrakı dövr üçün və Ukraynanın Şimali Atlantika Alyansına qəbul edilməyəcəyi, habelə Rusiya Silahlı Qüvvələrinin sonrakı hərəkətləri nəzərə alınmaqla hazırlanıb.
Gülayə Mecid