Ermənistan münasibətləri tənzimləmək üçün Türkiyə tərəfi ilə birbaşa əlaqə qurmaq istəyir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda regional “3+3” platformasının sessiyasının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya bu prosesin başlanmasına fəal töhfə verib, İran da ona qoşulub, lakin indi heç bir görüş nəzərdə tutulmur: "Erməni tərəfdaşlar fasilə verib. Onlar hesab edirlər ki, indi türklərlə birbaşa ünsiyyət qurmaq və nə etmək lazım olduğunu anlamaq lazımdır. İrəvanla Ankara arasında münasibətlərin tənzimlənməsi istənilən halda Ermənistan-Azərbaycan danışıqları ilə bağlıdır, ona görə də görüşdə bu məsələləri hərtərəfli müzakirə etmək və cəlb olunmuş ölkələri mümkün qədər tez razılığa gəlməyə təşviq etmək təklif edilib".
Ağarza Elçinoğlu