G20 sammitində ölkənin maraqlarını kimin yüksək səviyyədə təmsil edəcəyini Rusiya hakimiyyəti müəyyən edəcək.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Belə çıxır ki, mən ora xüsusi olaraq bu forumun normal fəaliyyətini pozmaq üçün getməliyəm? Mən ora getsəm, biz faktiki olaraq G20-nin işini pozacağıq. Nəyə lazımdır? Biz Rusiyada yüksək səviyyədə, Braziliyada ölkəmizin maraqlarını layiqincə təmsil edəcək birini tapacağıq”, - deyə Rusiya dövlət başçısı bildirib.
Braziliya 2023-cü il dekabrın 1-dən G20-yə sədrlik edib. Yekun sammit 18-19 noyabrda Rio-de-Janeyroda baş tutacaq.