Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “3+3” formatında iclasa qatılan xarici işlər nazirlərini qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiya məlumat yayıb.
Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, İranın xarici işlər naziri Abbas Arakçi və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iştirak edib.
Qeyd edək ki, Türkiyədə "3+3" regional platforması üzrə XİN rəhbərlərinin iclası başlayıb. İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edir.