Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld xalqımızı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, bu barədə diplomat özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. O, Azərbaycan xalqını bu möhtəşəm bayram münasibətilə təbrik edib:
“1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nail olmuşdur. Bu möhtəşəm bayram münasibətilə hamınızı təbrik edirəm”,- deyə səfir qeyd edib