Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, oktyabrın 9-da naməlum avtomobil tərəfindən vurulan şəhər sakini E. Əsgərov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. E. Ə ötən gün müalicə aldığı xəstəxanada ölüb.
Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törədən “VAZ-2121” markalı avtomobilin sürücüsü A. Zeynalov saxlanılıb.