Mingəçevirdə 32 yaşlı kişi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, 1992-ci il təvəllüdlü  və Bakı şəhər qeydiyyatında olan Məmmədov Əyyub Vəliyəddin oğlu bıçaqlanaraq qol və boyun nayihəsindən xəsarət alıb.

DİN Mətbuat Xidməti Şəki Regional Qrupundan "Unikala"a verilən məlumata görə, hadisənin necə və hansı zəmində baş verdiyinin müəyyənləşdirilməsi üçün Polis Şöbəsində araşdırmalara başlanıb. Onun yekunlarına əsasən, əlavə məlumat veriləcək.

Ehtiram Muradov