Qubada avtoqəza zamanı sürücü ölüb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, şəhərin Əliqulu Nərimanov küçəsində "Opel" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. 

Nəticədə "Opel"in sürücüsü Natiq Qəhrəmanov hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca