İsrailin xarici işlər naziri İsrael Kats, Fransanın İsrail firmalarının qarşıdan gələn dəniz sərgisində iştirakına qadağa qoyması ilə əlaqədar Fransa prezidenti Emmanuel Makrona qarşı hüquqi tədbir görülməsinə göstəriş verdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Kats sosial şəbəkədə yazıb.
“Bunlar dost ölkələr arasında qəbuledilməz olan qeyri-demokratik addımlardır və mən Fransa prezidenti Makronu onları tamamilə geri qaytarmağa çağırıram”, - deyə o bildirib.
İsrail firmalarına qadağa qoyulması qərarı Fransa hökumətinin İsrailin Qəzza və Livandakı müharibələrdə iştirakına etirazı ilə bağlıdır.