Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri dəyişib.

"Unikal" xəbər verir ki, deputat Ramiz Namazov NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri olub.

Bundan əvvəl nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov idi.

Həmçinin, deputat Qaya Məmmədov Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri seçilib.

Bundan öncə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev olub.

Eyni zamanda, Milli Məclis sədrinin müavini Rəfael Hüseynov Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqındakı nümayəndə heyətinin rəhbəridir.

Anar Kəlbiyev