"Ermənistan sülh müqaviləsinin bağlanmasını əngəlləməkdə davam edir. Sülh müqaviləsinin bağlanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları götürülməlidir"
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Ziyafət Əsgərov deyib.
O bildirib ki, bu müqavilənin imzalanması üçün Ermənistanda referendum keçirilməlidir:
"Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq. Bu müqavilənin arxasında Ermənistan xalqının siyasi rəyi durmalıdır".
Anar Kəlbiyev