Avropa İttifaqı (Aİ) Bakı və İrəvan arasında normallaşma prosesinə hərtərəfli dəstək verməyə davam edir.
"Unikal" trend-ə istinadən xəbər verir ki, bunu bu gün Avropa Parlamentinin iclasında Avropanın məşğulluq və sosial hüquqlar üzrə komissarı Nikolas Şmit deyib.
O qeyd edib ki, COP29 da sülh üçün tarixi bir fürsətdir.
"Azərbaycan və Ermənistan onilliklər boyu davam edən münaqişəni geridə qoymağa heç vaxt bu qədər yaxın olmayıblar. Konfrans Azərbaycan və Ermənistan üçün sülhə sadiqliklərini və sülh sazişinin imzalanması üçün siyasi iradə nümayiş etdirmək baxımından tarixi şans olacaq.
Avropa İttifaqı olaraq, normallaşma prosesinə tam dəstəyimizi verməyə davam edirik və bütün tərəflərin davamlı sülhdən bəhrələnməsi üçün lazımi resursları səfərbər etməyə hazırıq", - deyə o əlavə edib.