Rusiya Federasiyasının Tatarıstan Respublikası Rəisi Rüstəm Minnixanovun Fərmanı ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dostluq" ordeni ilə təltif olunub.

"Unikal" xəbər verir ki, Azərbaycan Prezidentinin Tatarıstanın ali dövlət mükafatı ilə təltif olunması haqqında Fərman oktyabrın 23-də baş tutan görüşdə oxunub.

*** 16:25

Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.

"Unikal"ın məlumatına görə, bu barədə Fərmanı Tatarstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevlə Kazanda görüşündə oxuyub.

İlham Əliyev bu ordenlə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə təltif edilib.