"Helen" və "Milton" qasırğaları ABŞ-nin Florida ştatına ət yeyən bakteriya gətirib və bu, artıq 13 nəfərin ölümünə səbəb olub.
"Unikal" xəbər verir ki, bu barədə "New York Post" (NYP) qəzeti yazıb.
"Florida son həftələrdə arxa-arxaya iki qasırğanın vurmasından sonra ət yeyən bakteriyaların partlaması ilə mübarizə aparır və infeksiyalar əvvəllər görünməmiş səviyyələrə çatır", - məlumatda qeyd olunub.
Nəşrin məlumatına görə, qasırğaların gətirdiyi ilıq sel suları müxtəlif təhlükəli bakteriyalar, o cümlədən ətyeyən bakteriya Vibrio vulnificus üçün ideal çoxalma meydanına çevrilib. NYP ümumilikdə 74 nəfərin virusa yoluxduğunu açıqlayır.
Nəşr qeyd edir ki, infeksiya bakteriyaların orqanizmə çiy balıqla daxil olması və ya açıq yaralarla dəniz suyunun təması zamanı baş verir. Bakteriya immun sistemi zəif olan və xroniki qaraciyər xəstəliklərindən əziyyət çəkən insanlar üçün xüsusi təhlükə yaradır. Belə insanlarda bakteriyalar qan dövranına daxil ola bilir.