Bu gün Birləşmiş Millətlər Təşkilatının yaradılması məqsədi nə Təhlükəsizlik Şurası, nə də BMT rəsmiləri tərəfindən deyil, Krım Platforması kimi əməkdaşlıq formatları tərəfindən müdafiə olunur.
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezident Volodimir Zelenski Riqada keçirilən Krım Platformasının 3-cü Parlament Sammitinin iştirakçılarına videomüraciəti zamanı bildirib.
O əlavə edib ki, “Bütün beynəlxalq bürokratiyaya və siyasi liderlərə xatırlatmaq istərdim ki, bu gün Kazanda deyil, bütün dünyada BMT Günüdür”.
Qeyd edək ki, bu gün BMT-nin yaradılmasından 79 il ötür.
Gülayə Mecid