Moskva Polşa Xarici İşlər Nazirliyinin Poznandakı Rusiya Baş Konsulluğunun 10 əməkdaşının ölkəni tərk etməsi barədə göstəriş verməsinə cavab verəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, Rusiyadakı Polşa diplomatlarını hazırlaşmağa çağırıb: "Polşa diplomatları hazırlaşır".
Oktyabrın 22-də Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Poznandakı Baş Konsulluğunun bağlanması qərarını, onun əməkdaşlarının yaxın günlərdə respublikanı tərk etmək məcburiyyətində qalacağını açıqlayıb. Bu ana qədər Rusiya Federasiyasının Polşada üç baş konsulluğu fəaliyyət göstərirdi - cənubda Krakovda, qərbdə Poznanda və ölkənin şimalında Qdanskda. Rusiyada da üç Polşa konsulluğu açıq qalır - Kalininqrad, Sankt-Peterburq və İrkutskda. Bundan başqa, Sikorski gələcəkdə Rusiya səfirinin ölkədən çıxarılmasının mümkünlüyünü də istisna etməyib.
Zaxarova bildirib ki, Rusiya Federasiyası Polşanın Poznandakı Baş Konsulluğunu bağlamaq qərarına cavab verməkdə gecikməyəcək.
Ağarza Elçinoğlu