"Mançester Siti"nin ingilis hücumçusu Erlinq Holand komandanı tərk etmək fikrində deyil.

"Unikal" xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Holand əvvəllər "Siti"ni tərk etməyi düşünürdü. Onun ilk seçiminin İspaniyanın "Real Madrid" və "Barselona" klubları olacağı bildirilirdi.

"Real Madrid"in hücumçusu Vinisiusla birlikdə dünyanın ən bahalı futbolçusudur - onların bazar dəyəri 200 milyon avro qiymətləndirilir.

Holandın "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.