İsrail hərbi aviasiyası Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasına hava zərbəsi endirib.
"Unikal" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
İsrailin oksigen stansiyasına məqsədyönlü zərbə endirdiyi, xəstəxana binasına qismən ziyan vuran partlayışa səbəb olduğu qeyd edilir. Tibb müəssisəsinin direktoru hücum nəticəsində bir neçə uşağın həyatının təhlükədə olduğunu, xəstəxana əməkdaşlarının yaralandığını bildirib.