Rusiyada yeni 5 min rublluq əskinaslar dövriyyəyə buraxılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

"Onlar dövriyyəyə buraxılıb. Kəmiyyəti açıqlaya bilmərik, amma köhnə əskinasların yeniləri ilə tədricən yenilənməsi olacaq. Bu, sürətli proses deyil", - Rusiya Bankının Barnaul filialının eksperti Yuliya Lujnova bildirib.

Yeni beşmininci əskinas Yekaterinburqun və Ural Federal Dairəsinin görməli yerlərini təsvir edir: ön tərəfdə "Avropa-Asiya" steli, arxa tərəfdə Çelyabinskdəki "Ural nağılı" abidəsi var.

Rusiya Bankı qeyd edib ki, yeni əskinaslarda gücləndirilmiş təhlükəsizlik kompleksi var. Eyni zamanda, yeni əskinaslar 2024-cü ilin noyabr və dekabr aylarında regionlarda daha geniş tədavülə çıxacaq.

Ağarza Elçinoğlu