Oktyabr ayının 26-da “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, İcra hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 49-cu km-də və rayonun digər ərazilərində ümumilikdə 2200 həmişəyaşıl ağac əkilib.