2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Xəzər rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qala qəsəbəsi, Qala- Pirallahı avtomobil yolunun sağ hissəsində keçirilən aksiyada Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən əkilən ağac və gül kollarına aqrotexniki qulluq göstərilib, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.
Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə aksiyaların davam etdirilməsi nəzərdə tutulur.