Sumqayıt Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının sədri vəzifəsindən təqaüdə çıxan hakim Zeynallı Fərmayıl Gülmalı oğlu pensiyasından narazı olduğu üçün məhkəməyə müraciət edib.
"Unikal"ın məlumatına görə, Fərmayıl Zeynallı Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialından şikayət edib.
Şikayət Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun sədrliyi ilə araşdırılır.
Qeyd edək ki, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi işləyən Zeynallı Fərmayıl Gülmalı oğlunun hakimlik stajı elə də çox olmayıb. Belə ki, Fərmayıl Zeynallı 2018-ci ildə Sumqayıt Apelyasiya Məhkəməsinin Hərbi kollegiyasının sədri seçilib sonra yaşla əlaqədar təqaüdə göndərilib.
Seymur Əli