Biləsuvarda, qaçqın şəhərciyində qətl hadisəsi törədilib.
"Unikal" Xezerxeber.az-a istinadən xəbər verir ki,-ın məlumatına görə, hadisə rayon ərazisində, Cəbrayıl qaçqınları üçün salınmış qəsəbədə baş verib.
29 yaşlı Semur Məmmədquliyev 44 yaşlı Şahin Şahverdiyevi öldürməkdə təqsirli bilinir.
Semur Məmmədquliyevin anası bildirib ki, hadisədən bir neçə gün əvvəldən oğlunda nəsə narahatlıq hiss edib. Nəsihət versə də, hadisəni törədə biləcəyini təxmin etməyib.
Hadisə ilə bağlı Şahin Şahverdiyevin ailəsindən də münasibət öyrənmək istədik. Lakin Şahverdiyevlər ailəsi heç bir açıqlama verməyiblər.
Hadisədən dərhal sonar isə Seymur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda cinayət işi başlanıb.