Gürcüstanda keçirilən parlament seçkilərində "erməni karuseli"ndən istifadə olunub.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili açıqlayıb. 

O, "Associated Press"ə müsahibəsində deyib: "Biz buna "erməni karuseli" deyirik. Bilmirəm, bəlkə Ermənistanda buna "gürcü karuseli" deyirlər. Bunun da mahiyyəti ondan ibarətdir ki, seçkilərə bir müddət qalmış sosial imkanları məhdud şəxslərdən müxtəlif bəhanələrlə şəxsiyyəti təsdiq edən sənədlər götürülür, sonra səsvermə üçün istifadə olunur. Bir şəxsiyyət vəsiqəsi və müxtəlif elektron cihazlarla bu, hətta 17 dəfə mümkündür. Onların ixtiyarında çoxlu sayda şəxsiyyət vəsiqəsi və şəxsi nömrələr olub".

Ağarza Elçinoğlu