Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 4-5-də dövlət səfəri ilə Fransaya səfər edəcək.

"Unikal" Qazaxıstan mediasına istinadən xəbər verir ki, səfər Makronun dəvəti ilə baş tutacaq. Səfər zamanı Qazaxıstan prezidenti fransalı həmkarı ilə danışıqlar aparacaq, həmçinin Fransanın ən böyük şirkətlərinin nümayəndələri ilə görüşəcək.

Qazaxıstan lideri sonuncu dəfə 2022-ci il noyabrın 29-30-da Fransaya rəsmi səfər edib.