Nigeriyada iki aydır davam edən leysan yağışları yüzlərlə bölgədə daşqınlara səbəb olub.

"Unikal" xəbər verir ki, yağışlar nəticəsində 321 nəfər ölüb, 1,3 milyon insan ağır zərər çəkib.

Bildirilir ki, leysan yağışları səbəbindən ölkənin 217 bölgəsində daşqınlar baş verib.

Qedy edək ki, İspaniyada da yağan güclü yağışdan sonra çaylar daşıb.  Nəticədə bir çox bölgə  sel suları altında qalıb. Təbii fəlakət nəticəsində 158 nəfər həyatını itirib.