Anqarskda iki gənc İrkutsk deputatı Aleksandr Kuranova hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, deputat evinin girişində iki naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Onlar beysbol ilə Kuranovun başına bir neçə zərbə vurublar.
Deputatın sözlərinə görə, hücum onun iş fəaliyyəti ilə bağlıdır. Kuranov xəstəxanaya yerləşdirilib. Polis hadisənin başvermə şəraitini araşdırır.
Gülayə Mecid