İlon Mask "Bloomberg"in dünyanın ən varlı adamları reytinqində birinci yeri tutub.
"Unikal" xəbər verir ki, Maskın sərvəti 263 milyard dollar olaraq qiymətləndirilib. Bir il ərzində o, 33,5 milyard dollar əlavə gəlir əldə edib.
İkinci yerdə 209 milyard dollar (+32,2 milyard dollar) sərvətlə "Amazon"un qurucusu Ceff Bezos, üçüncü yerdə isə 201 milyard dollar (+72,9 milyard dollar) sərvətlə Mark Zukerberq qərarlaşıb.