Xəbər verdiyimiz kimi, Mingəçeirdə baş vermiş ağır yol qəzasında 1 nəfər ölüb, 7 nəfər yaralanıb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, yol qəzasında yaralananlardan biri keçmiş N saylı taborun komandiri və Vətən Müharibəsi iştirakçısı Əlzamin Mirzəyevdir.

Hazırda təqaüddə olan mayor Mirzəyevin qəzada çiyin çanaq sümüyü sınıb. Eyni zamanda maşında olan həyat yoldaşı Xəyalə Mirzəyeva da xəsarət alıb.

Ehtiram Muradov