Finlandiya Xarici İşlər Nazirliyi Finlandiyanın Moskvadakı səfirliyinin hasarının zədələnməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, Finlandiyanın Rusiya Federasiyasındakı səfiri Marja Liivalanın sözlərinə görə, noyabrın 1-də naməlum şəxslər diplomatik nümayəndəliyin hasarına İsveç dilində “Aland adaları bizimdir” yazısını çəkərək səfirliyin ərazisinə yumurta atıblar. Diplomat bildirib ki, polis 5 içəri girən şəxsi saxlayıb.
O qeyd edib ki, Finlandiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.