"Polşanın baş naziri Donald Tusk Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-də keçiriləcək prezident seçkilərində qalib gələrsə istefa verməlidir". 

"Unikal" xəbər verir ki, bu sözləri Polsat telekanalında ölkənin keçmiş milli müdafiə naziri Mariuş Blaşçak deyib.

O qeyd edib ki, Varşava üçün Vaşinqtonla sıx əlaqələr saxlamaq vacibdir. 

“Mən hazırkı hökumətin (Polşa - red) Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədi Kamala Harrisə güvənməsindən narahatam. Buna görə də Tusk Trampın qələbəsindən sonra istefa verməlidir ”, - deyə hazırda Qanun və Ədalət partiyasının parlament fraksiyasına rəhbərlik edən siyasətçi bildirib.