Rusiya prezidenti Vladimir Putin Kremldə Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sonq Hui görüşə görə Putinə təşəkkür edib və ona “Kim Çen Inın səmimi, yoldaşlıq salamlarını” çatdırıb.

Putin, həmçinin Şimali Koreya liderinə salamlarını çatdırıb.

Xanım nazir Kim Çen Inın Rusiya ordusuna yardım göstərmək tapşırığını xüsusi olaraq açıqlayıb. 

“Xüsusi hərbi əməliyyatın əvvəlindən hörmətli yoldaş Dövlət İşləri sədri Kim Çen In göstəriş vermişdi ki, biz heç kimə arxaya baxmadan Rusiya ordusunu və rus xalqını müqəddəs müharibədə həmişə və güclü şəkildə dəstəkləyəcəyik və onlara kömək edəcəyik. Qələbə gününə qədər biz rus yoldaşlarımızın yanında olmaq üçün həmişə möhkəm dayanacağıq”, - deyə o bildirib.