Sahilə atılmış hiperrealist balina installyasiyalarını Belçikanın "Captain Boomer Collective" qrupu yaradır. Onlar bununla diqqəti ekoloji problemlərə və insanın təbiətə təsirinə yönəltmək istəyirlər.
"Unikal" xəbər verir ki, bu installyasiyalar Avropanın London, Paris, Madrid kimi böyük şəhərlərində nümayiş etdiriliblər. Qrupun əməkdaşları balinanın ətrafında alimlər kimi fırlanaraq, tədqiqat apardıqlarını imitasiya edirlər.
Bakı bulvarındakı installyasiyanın əsas məqsədi COP29 əsnasında Xəzər dənizinin ekoloji problemlərini vurğulamaqdır.
*** 11:24
Xəzər dənizinin Bakı sahilinə Balinanın peyda olması barədə yayılan məlumatlar doğruluğunu tapmayıb.
"Unikal" xəbər verir ki, bu, COP29 ərəfəsində diqqət çəkmək üçün "Captain Boomer" əsəridir.
***
09:45
Bakı bulvarında naməlum canlı sahilə çıxıb.
"Unikal" xəbər verir ki, onun sahilə necə çıxarıldığı hələlik məlum deyil.
Xatırladaq ki, ötən günlərdə sosial şəbəkələrdə yayılan görüntüdə Xəzər dənizində böyük balığın üzdüyü görünmüşdü.
Sahilə çıxan canlının həmin balıq olduğu ehtimal edilir.