Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbulu 13-cü mikrorayon ərazisində keçirilib. Qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.

"Unikal" xəbər verir ki, Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin binasında baş tutan görüşdə Zakir Fərəcov sakinləri fərdi qaydada dinləyib. Sakinlər təklif və şikayətlərini şəhər rəhbərinə çatdırıblar.

Görüşdə  qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən səyyar qəbullar hər həftə davam etdirilir.