Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının Turizm işinin təşkili ixtisası üzrə 5-ci kurs tələbəsi Balabacı Manafova dəm qazından zəhərlənərək vəfat edib.
"Unikal"ın məlumatına görə, Xaçmaz rayon sakini olan, 1999-cu il təvəllüdlü Balabacı Manafova ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzildə dəm qazından zəhərlənib. O ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra, paytaxtdakı Toksikologiya mərkəzinə aparılıb.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, B.Manafova vəfat edib.
Əslən Xaçmaz rayonunun Çinartala kəndindən olan Balabacı Manafova bir ay öncə ailə həyatı qurub.
Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.